"Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin dəvəti ilə Azərbaycanda olan bir qrup Türkiyə bələdiyyə başçıları və iş adamlarının görüşləri bu gün yekunlaşır. Bu barədə SİA-ya məlumat verən birliyin sədri Vüsalə Hüseynova bildirib ki, sentyabrın 30-dan oktyabrın 5-ə kimi nəzərdə tutulmuş proqram çərçivəsində bir sıra görüşlər keçirilərək, iki ölkə arasında əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması barədə müzakirələr aparılıb: "Keçən ay Türkiyədə, İstanbulda keçirilən Türk Dövlət başçılarının X sammiti ərəfəsində bir sıra qərarların qəbulu və oktyabr ayının 3-nün rəsmi olaraq "Türkdilli Ölkələrin Əməkdaşlıq Günü" kimi ilk dəfə qeyd edilməsi bu səpkili münasibətlərin daha da inkişaf etdirilməsində ölkə vətəndaşı olaraq hər birimizin qarşısında müəyyən vəzifələr qoyur.
Əlaqələrin inkişafı ilə bağlı bizim dəvətimizlə Azərbaycanda olan Mersin/Silifkə Bələdiyyə Başqanı Bayram Əli Öncəl, Atakənt Bələdiyyə rəhbəri Hasan Uslu, Avrasya Ekonomik Əlaqələr Dərnəyinin sədri Hikmət Eren, Avropa Birliyinin Türkiyə koordinatoru Gökan Bahçecik və digər şəxlər 4 gün müddətində - "Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyinin sədri Anar Xəlilov, "Yeni həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıc, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (ARGTMŞ) sədri, millət vəkili Fuad Muradov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Gəncliyə Yardım Fondunun rəhbəri Əhməd Tecim, Dünya Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı ilə, həmçinin bir sıra qurumların nümayəndələri ilə görüşlər keçiriblər.
Görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinə toxunularaq, iki qardaş dövlətin münasibətlərinin dərin köklərə malik oluğu vurğulanıb. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sözdə deyil, əməldə təsdiq olunduğu bir daha qeyd edilib.
Birlik rəhbərinin sözlərinə görə, bu gün qonaqlar Sumqayıtda görüşlərini davam etdiriblər. Sumqayıt görüşlərinin əsas səbəbi isə Silifkə və Sumqayıt bələdiyyələrinin qardaşlaşması məsələsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB