Ermənistan xarici siyasətində növbəti dəfə Rusiyanı hədəf götürüb. Söhbət Böyük Britaniyanın Avopa və Amerika məsələləri üzrə müşaviri Alan Dunkan və Polşa Xarici İşlər naziri Bartoş Çıxoçkinin İrəvanda keçirdiyi görüşlərdən gedir.
Diplomatların Ermənistan təmaslarında işğalçı ölkənin Qərbə inteqrasiyasının müzakirə olunduğu, bu istiqamət üzrə gələcək presspektivlərin təhlil edildiyi deyilir. Hətta Edvard Nalbadyana Böyük Britaniyanın baş naziri Tereza Meyin ünvanladığı məktub da oxunub. Mey məktubunda İrəvanın müstəqil siyasət yürüdəcəyinə ümidvar olduğunu deyib.
Ermənistan hakimiyyəti tərəfindən bənzər siyasi gedişlər daha öncə də atılmışdı. Edvard Nabadyan ölkəsinin Avropaya meyillənməsini nümayiş etdirmək üçün Brüsselə getdi, paralel olaraq Ermənistan NATO bayrağı altında keçirilən təlimlərə qatıldı, İrəvanın bütün mətbu orqanlarında Rusiya əleyhinə təbliğat aparıldı. Lakin sonrakı prossesər göstərdi ki, Ermənistan Rusiyanın nəzarətindən çıxa biləcək gücdə deyil və İrəvanın müstəqil siyasəti aparması sadəcə xülyadır. Rusiyanın öz ağasına - Kremlin xarici siyasətinə qarşı addımlar atması sadəcə mümkünsüzdür.
Sarkisyan Soçiyə çağrıldı, Putinlə iki saat söhbətin ardından Ermənistan ilk olaraq NATO təlimlərinə qatılmadı. Bir qədər sonra isə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini davam etdirəcəyi açıqlandı. Sarkisyan rejimi bir daha oxşar ssenari ilə hərəkət etməyə çalışır. Bəs işğalçını bu cür addımlar atmağa nə vadar edir? Ermənistanı təhlükəli oyuna hansı səbəblər sürükləməkdədir? Birinci amil Azərbaycan və Türkiyənin Rusiya ilə münasibətlərinin getdikcə yaxınlaşmasıdır. Moskva-Bakı-Ankara əlaqələri tamamilə yeni konteksdə irəlləyir. Azərbaycanlı və rusiyalı siyasilər tərəfindən Moskvada görüşlər keçirilir, Cənubi Qafqazdakı siyasi vəziyyət yenidən ələ alınır.
Baş verənlər sössüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də yan keçmir. Son zamanlar münaqişənin həlli istiqamətində intensivləşən diplomatiya məhz Kremlin istəyi doğrultusunda reallaşmaqdadır. İrəvan Qarabağ siyasətində dərin məğlubiyyətə uğradığını hiss etdikcə Moskvanı Avropa və Qərbə yaxınlaşmaqla şantaj etməyə çalışır.
Digər məqam Avropa Birliyindən qoparıla biləcək milyonlardır. Ermənistanın Avropa və Qərbə yaxınlaşacağı halda bu ölkəyə müəyyən miqdarda pul yatırılacaq. Ancaq hər iki hədəfin uğursuzluğa uğradığnı indidən deyə bilərik. Ermənistanın cinayətkar rəhbərliyi Rusiyanı şantaj etməkdə davam edərsə Moskvadan sərt qarşılıq alacaq.
Yeri gəlmişkən, Ermənistanın siyasi səhnəsində İrəvanı sarsıdacaq Rusiya izi öncələrdə olub. Kreml hər zaman öz maraqları çərçivəsində addımlar atıb və Ermənistan faktoru Moskva üçün əhəmiyyət daşımayıb. Avropalıar isə Sarkisyanın düşündüyü qədər sadəlöv deyil. Rusiyadan tam qopmayan Ermənistana yatırım yatırılması ancaq Ermənistan prezidentinin yuxularını bəzəyə bilər. İndiki halda İrəvan tutmayan siyasi manevirlərlə Moskvanın diqqətini çəkmək istəyir. Üstəlik avropalıların Ermənistana səfərinin Putinin Ankaraya gedişi ilə üst-üstə düşməsi də təsadüf ola bilməz. Belə davam etsə Sarkisyan yenə Moskvaya çağırılacaq. Güman ki, bu dəfə cinayətkara daha ciddi mesajlar veriləcək.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB