Tarixin bu günü və ya bu günün tarixi

- Gəncədə zəlzələ baş verib. Gürcü çarı IV Demtri qarışıqlıqdan istifadə edərək şəhərin darvazasını oğurlayıb (1139)
- Quttenberq Bibliyanı çap edir və bu hadisə tarixə ilk kitab çapı kimi düşüb (1472)
- Sultan Süleyman Qanuni Osmanlı taxtına sahib olub (1520)
- I Abbas Səfəvi və Osmanlı hökmdarı Xəlil paşa Mərənddə sülh müqaviləsi imzalayıb. Buna tarixdə Sərab sülhü də deyilir (1618)
- Amerikada ilk cinayətkar barədə ölüm hökmü verilib. Adam öldürməkdə təqsirli bilinən Billinqton asılaraq edam edilib (1630)
- Massaçuset ştatında həkim Morton ilk dəfə olaraq anesteziya ilə diş çəkib (1846)
- Dünyada ilk hidroelektrik stansiyası ABŞ-ın Viskontin ştatında qurulub (1882)
- Bakıda Dövlət Bankı fəaliyyətə başlayıb (1919)
- Moskvada Azərbaycanla Rusiya arasında "Hərbi-siyasi ittifaq" sazişi imzalanıb (1920)
- Akademik Azad Mirzəcanzadə anadan olub (1928)
- Şair Vaqif İbrahim anadan olub (1945)
- Dünyada ilk atom sualtı qayıq ABŞ-ın arsenalına daxil olub (1954)
- SSRİ-də nüvə sınaqları başlayıb (1958)
- Şair Əliağa Vahidin xatirə günü (1965)
- ABŞ və SSRİ mümkün nüvə müharibələrindən yayınmaq haqda müqavilə imzalayıblar (1971)
- Fransada ölüm hökmü ləğv edilib (1981)
- Beynəlxalq tərcüməçilər ittifaqı yaranıb. Bu gün tərcüməçilər günü kimi qeyd olunur (1991)
- Milli Qəhrəman Tahir Həsənovun xatirə günü (1992)
- Bakı Aeroportunun yeni kompleksinin açılışı keçirilib. Aeroport tam beynəlxalq standartlara uyğunlaşdırılıb, istənilən növ təyyarəni qəbul etməyə hazır vəziyyətə gətirilib (1999)
- "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun qəbul edilib (2002)
- Danimarkada islam peyğəmbərinin təsvir edildiyi karikatura qalmaqalı olub (2005)

Bütün xəbərlər Facebook səhifəmizdə