"Prezidentin çıxışının əsasını DQ probleminin həlli təşkil edəcək" MÖVQE
"Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyevin bu gün BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı gözlənilir. Dövlət başçısının belə bir ali kürsüdən çıxış etməsi mühüm amil kimi dəyəndirilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda Prezidentinin hər zaman olduğu kimi bu dəfəki çıxışının da əsas istiqamətini məhz Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edəcək: "ABŞ hakimiyyəti təkidlə BMT-nin reformasını tələb edirsə, bu, münaqişə ilə bağlı qəbul edilən qətnamələrin yerinə yetirilməsini gündəmə gətirə bilər. Zənnimcə, Ermənistanın XİN başçısını Edvard Nalbandyanın ərazilərin qaytarılması ilə bağlı son bəyanatı da bunu dolayı yolla təsdiq edir".
A.Nağıyevin fikrincə, sessiyada dünya enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasında Azərbaycanın iştirakı da gündəmə gələ bilər: "Bundan əlavə, tədbirdə multikultral dəyərlər, dini ekstremizmin qarşısının alınmasında atılan addımlar, erməni ekstremizminin mədəni irsimizə vurduğu ziyanlar haqqında da danışıla bilər".
"BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Suriya, Myanma, Kərkük və digər bölgələrlə bağlı məsələlər də mühüm əhəmiyyətli movzu kimi müzakirə ediləcək"- deyə, A. Nağıyev əlavə edib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas debatlar çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin bu gün çıxışı gözlənilir. Dövlət başçısı Nyu-York vaxtı ilə səhər saatlarında (Bakı vaxtı ilə axşam) çıxış edəcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyasının açılış mərasimi sentyabrın 12-də keçirilib.
Dövlət və hökumət başçıları və digər rəsmi şəxslərin iştirakı isə əsas debatlar sentyabrın 19-u başlayıb və 25-nə kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB