Türkiyə Qırğızıstanda daxili sülhə nail olmaq üçün səylərini davam etdirir

Türkiyə Qırğızıstanda daxili sülhə nail olmaq üçün səylərini davam etdirir

Türkiyə Qırğızıstanda daxili sülhə nail olmaq üçün səylərini davam etdirir. SİA-nın məlumatına görə, oktyabrın 2-də Türkiyənin təşəbbüsüylə İssık-Göl əyalətinin Çolpon-Ata şəhərində iyun ayında ölkənin cənubunda qırğızlarla özbəklər arasında yaşanan qarşıdurma ilə gərginləşən münasibətlərin müzakirə ediləcəyi toplantı keçiriləcək.

Türkiyənin Bişkekdəki səfirliyindən verilən açıqlamaya görə, "Etniklərarası dialoq: uzlaşdırma və tolerantlıq konfransı" Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilir. Toplantıya Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da qatılacaq. Qırğızıstanın keçid dönəminin prezidenti Roza Otunbayevanın da konfransda iştirak edəcəyi açıqlanıb.

Açıqlamada konfransın bölgədə yaşayan bütün etnik qrupların bir araya gətirilməsi və mövcud problemlərin həlli istiqamətində əməkdaşlıq zəmininin yaradılması məqsədi daşıdığı bildirilib. Türkiyə səfirliyi bu tədbirin Ankaranın Qırğızıstanda daxili sabitliyin və sülhün bərpasına verdiyi önəmin konkret və açıq göstəricisi olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə