“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “exit-pol” tədqiqatı həyata keçirəcək

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi 7 Noyabr parlament seçkiləri günü 118 dairədə hər birində 10 məntəqə olmaqla "exit-poll" tədqiqatı həyata keçirmək niyyətindədir. Mərkəzdən SİA-ya verilən məlumata görə, artıq bununla bağlı mərkəz tələb olunan sənədlər paketini hazırlayıb.

Sənədlər paketinin yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediləcəyi planlaşdırılır. Mərkəz tədqiqatın Bakıda və yerlərdə həyata keçirilməsi üçün intervüyerlərin seçimini başa çatdırıb. Oktyabrın 2-dən etibarən intervüyerlərin hazırlanmasına start veriləcək.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin keçirəcəyi "exit-poll" Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsi istisna olmaqla, bütün ölkə ərazisini əhatə edəcək.

Qeyd edək ki, mərkəz 2008-ci il prezident seçkilərində və 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində "exit-poll" tədqiqatı həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə