Pirat DVD-lər satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olmuş şikayət əsasında yoxlamalar aparılıb. SİA-nın məlumatına əsasən, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 48 ünvanında Anar Qardaşova və Nəsimi rayonu, Nizami küçəsi, 81 ünvanında Sevinc Feyzullayevaya məxsus mağazalarda, həmçinin Səbail rayonu, Xəqani küçəsi, 15 ünvanındakı "Xəqan" kiçik müəssisəsində audiovizual sənaye məhsullarının satışının qanunauyğunluğu yoxlanılıb. Yoxlama zamanı həmin obyektlərdə xarici ölkələrdə istehsal olunmuş və yalnız bu ölkələrdə istifadəsi nəzərdə tutulmuş DVD-lərin piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilmiş və bu obyektlərdən 2,7 min ədəd pirat DVD-lər satışdan çıxarılaraq məsul saxlanmaya götürülüb. Pirat DVD-lər satmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə yol verdiklərinə görə qeyd olunan təsərrüfat subyektləri barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...