Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) ilkin namizədlər siyahısına əlavə olunan iki namizəd də sənədlərini dairə seçki komissiyalarına təqdim edib. SİA-ya bu haqda məlumat verən KAXCP-nin təşkilat komitəsinin rəhbəri Xəzər Teyyublu irəli sürülən 75 namizəddən başqa namizədlərin irəli sürülməsinin gözlənilmədiyini bildirib: "Namizədlərin sənədləri dairə seçki komissiyalarına təqdim edildikdən 5 gün ərzində cavab verilməlidir. İmzatoplama kampaniyası da müəyyən vaxt tələb edir. Namizədliyin qeydə alınması üçün son müddət noyabrın 7-nə təyin olunduğundan vaxt azlığına görə gözlənilmir ki, bundan sonra partiya adından kiminsə namizədliyini irəli sürək".
Toplanan imzaların müəyyən hissəsinin etibarsız olma ehtimalına gəlincə, KAXCP funksioneri yerlərdə seçki təcrübəsinin az olmasının da burada mühüm rol oynadığını qeyd edib. O, imza toplamaq üçün seçki dairələrindən verilən imza vərəqələrinin də az olduğunu diqqətə çatdırıb: "9 vərəqədə lazım olan minimum 450 imza yeri olduğu halda, yalnız 2 vərəqə əlavə verilir. Bu əlbəttə ki, azdır. Hesab edirəm ki, ən azı 13-15 imza vərəqəsi verilməlidir. İmza vərəqələrində müəyyən qaralamalar, əzilmələr olur ki, bu da sonradan imzaların etibarsız sayılması ilə nəticələnə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB