Sentyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə Mərkəzi Seçki Komissiyasının 2010-cu il 23 sentyabr tarixli iclasının protokolu təsdiq edilib. Sonra 2010-cu il noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "İnsan naminə" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə qərar qəbul olunub.
İclasda 75 saylı Lənkəran–Masallı seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB