Dünyaca tanınmış fırıldaçı, dələduz, həm də milyarder Corc Sorosun düz 87 yaşı var. Yəni kifayət qədər yaşı olan ahıl, ağsaqal və yekə kişi xeylağıdır. Həm də, azərbaycanlısayağı desək "Şah Abbası qundaqda, Nikolayı da taxtda" görüb. Onun tay-tuşu coxdan inkir-minkirin sorğu sualına tuş gəlib, üzü tüpürcəklənəndən, qasığı təpik, başı qapaz gördükdən sonra keçib ustufça oturub cəhənnəmin isti bucağında. Amma bu üzünü mürdəşir yumuş Corc qoca vaxtında hələ də, disko-barlarda tanqo gedir, siyasət meydanda iddialı çıxışlar edir, hərdən də, ələ baxım quruplara pul-para verib, bəzi ölkələrdə çaxnaşmalar yaradır. Bir növ qırmızı turp kimidir. Yerə vursan yer dağılar.
O gün də özündən 42 yaş kiçik bir "madumazer"lə evlənib. Yeni həyat yoldaşı Tomiko Boltonun da fotoqraflar önündə verdiyi pozalarda irişə-irişə deyib ki, qoca Soros onun ən sevimli caniki olacaq. Məhz bu canik sözündən ruhlanan Cor Soros "matuşkə"sinə bir malikanə, iki avtomobil və şəxsi ehtiyaclarının ödənilməsi üçün 100 milyon dollar ayırıb.
Ümumiyyətlə, pulu sağa-sola xərcləmək Corc Soros üçün az qala əyləncə vasitəsinə çevrilir. Deyilənə görə, Vaşinqtondan, hətta Avropadan malikanəsinə aktyorlar dəvət edən Soros onu güldürməyi, əyləndirməyi və xoş istirahətlər yaşatmağı bacaranlara külli miqdarda pul verir. Bir də ki, varlığa nə darlıq? Amerikalıları müxtəlif vasitələrlə qazlayan Soros bu yolla milyardlarla maliyyə vəsaiti qazanır.
1930-cu ildə Macarıstanda anadan olub Nyu-Yorka köçənə kimi cındırından cin hürküb. Bir növ qəpiyə güllə, manata şıllaq atıb. Amma alver onun həyatını müəyyən qədər dəyişir. Quantum İnvestisiya Fondunu qurmaqla Soros sərvətlər sahibi olmağa müvəffəq olur. Fondun qurulduğu il 10 min investisiya yatırılırsa 2000-ci ildə bu rəqəm 4 milyarda çatdırılır. Dünyada "Qara çərşənbə" kimi tanınan 1992-ci ildə ingilis funtunun enişi zamanı Corc Soros 1,1 milyard dollar qazanır. Məhz buna görə də, bu işbaza "ingilis banklarını dağıdan adam" ləqəbi verilib. Eyni zamanda, ABŞ-da ipoteka böhranı dövründə Soros 2 il ərzində 1 milyard dollar gəlir əldə edib. Təbii ki, asan yolla qazanılan milyardlar Soros üçün digər iddialarının reallaşdırılması üçün bir vasitə olub. Bəzən siyasi proseslərə müdaxilələr edən, ölkələri hədəfinə çevirən, hakimiyyətlərə qarşı təxribatlar törədən Corc bunun üçün milyonlar xərcləməkdən çəkinmir.
Siyasi analitiklər də təsdiq edir ki, bəzi ölkələrdə siyasi çaxnaşmaların baş verməsində yəhudi əsilli Corc Sorosun müəyyən əməyi, ayırdığı maliyyə vəsaitinin rolu var. Elə uzağa getməyək. Gürcüstanda Saakaşvili hakimiyyətə gəldiyi zaman prezident aparatında çalışanların 4 illik əmək haqqını Corc Soros ödəyib. Özbəkistanda Cəllabad qırğınının baş verməsində, Ukraynada Maydan hərəkatının baş verməsində, Liviyada, Malayziyada və Pakistanda siyasi gərginliyin yaradılmasında Corc Sorosun müstəsna fəaliyyəti və dəstəyi olub. Azərbaycan müxalifətinə qarşı da göstərdiyi xeyirxalıq mətbuatda müzakirə olunan əsas mövzulardandır. 2003 və 2008-ci il prezident seçkiləri, 2005-2015-ci il parlament seçkiləri ərəfəsi AXCP sədri Əli Kərimliyə, Müsavat başqanı İsa Qəmbərə ayırdığı milyonlar yaddan çıxmayan faktlardandır. 2003-cü il 15-16 oktyabr iğtişaşlarının əsas ideyavericisi və təşkilatçısı da Soros olmuşdur. Məhz buna görə də Azərbaycan müxalifəti yaxınlarından çox Corc Sorosu sevirlər.
Bəzən Ə.Kərimli "C.Sorosun ayağına dəyən daş mənim başıma dəysin" deyir. Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı bütün müşküllərini, çətinliklərini C.Sorosun məsləhəti və tövsiyələri ilə aradan qaldırmağa çalışırlar. Azərbaycan dövləti və hakimiyyəti haqqında şər-böhtan kampaniyasının aparılmasında dosyelər dağıdıcı müxalifət tərəfindən C.Sorosa çatdırılır. Qoca fırıldaqçı da böyük həvəs və məmnuniyyətlə Azərbaycan hakimiyyəti və dövləti haqqında xarici mətbuatda yazılar dərc etdirir, beynəlxalq təşkilatlarda məlumat bazası təşkil olunur.
Bir sözlə, qoca milyarderin işi-gücü ancaq qarışıqlıq yaratmaq, təxribatlar törətmək, yeri gəldikdə terror hadisələri yaratmaqdır. Sual yarana bilər. Nəyə görə bu günə kimi bu qoca fırıldaqçı cəzasız qalıb? Cavabı birmənalı şəkildə ondan ibarətdir ki, Amerika cəmiyyətində hər şeydən əvvəl başlıca amil puldur. Pul da ki, C.Sorosda. Amma deyəsən, C.Sorosun çərxi çevrilməyə başlayıb.
Amerikalılar C.Sorosun terrorçu elan olunması üçün Petisiya imzalayıblar. Artıq 150 minə yaxın imza Ağ Evin rəsmi saytında yerləşdirilib. Yəqin ki, yaxın günlərdə Corc layiq olduğu terrorçu adını qazanmış olacaq, əgər pul yenə də öz sözünü deməsə.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB