“Figaro”: Azərbaycan və Ermənistan arasında münasibətlər gərginləşir

Son günlər BMT tribunasından Azərbaycan və Ermənistan tərəfindən bir-birinə qarşılıqlı günahlandırmalar səsləndirilir ki, bu da Dağlıq Qarabağla bağlı gərginliyin daha da artmasına səbəb olub. SİA-nın məluatına görə, bu barədə Fransanın "Figaro" qəzeti yazır. "Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan BMT-nin Baş Assambleyasındakı çıxışında bildirib ki, Azərbaycan dünyanı və regiondakı təhlükəsizliyi təhdid altında qoyur. Azərbaycan Prezidenti İlham Əliyev isə sentyabrın 23-ü tarixindəki çıxışında Ermənistan hökumətini Dağlıq Qarabağda etnik təmizlənmə siyasəti həyata keçirməkdə günahlandırıb",- deyə qəzet yazır.
Qəzet həmçinin xatırladır ki, Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında toqquşma son aylar ərzində daha da güclənib ki, bu da bu müddət ərzəndə hər iki tərəfdən cəmi 17 nəfərin ölümü ilə nəticələnib. Avqustun sonunda baş verən toqquşmada isə 6 əskər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...