Erməni ordusunda əsgərin vəhşicəsinə döyülməsi faktı gizlədilir!

Erməni ordusunda əsgərin vəhşicəsinə döyülməsi faktı gizlədilir!

İşğal edilmiş Ağdərə istiqamətindəki Ermənistan ordusunun təlim mərkəzində baş verən insident nəticəsində poliqonun hərbi qulluqçusu Artur Bağdasaryan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

AZƏRTAC Ermənistan sosial şəbəkələrinə istinadən xəbər verir ki, üzərində çoxlu döyülmə izləri olmasına və müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq, komandiri A.Bağdasaryanın hospitala yerləşdirilməsinə icazə verməyib və baş vermiş olayın gizlədilməsi üçün lazım olan bütün tədbirlər görülüb. Kazarmada müxtəlif bəhanələrlə saxlanılan hərbi qulluqçunun sağalana qədər valideynləri ilə görüşməsinə də imkan verilmir.

Qeyd edək ki, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən hissələrində son iki ay ərzində 10-dan çox nizamnamədən kənar münasibətlər zəminində cinayət hadisəsi baş verib. Belə hadisələr zamanı ən çox xəsarət alanlar isə gənc əsgərlər, xüsusilə də Ermənistandan Qarabağa gətirilənlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə