Rəfiqə Sadıqova: “Millət vəkilliyinə namizədlər təbliğat vasitəsi kimi yerli qəzetlərin köməyindən yararlanmağa maraq göstərmirlər”
"Millət vəkilliyinə namizədlər təbliğat vasitəsi kimi yerli qəzetlərin köməyindən yararlanmağa maraq göstərmirlər. Hazırda redaksiyamıza təbliğat-təşviqat kampaniyasının aparılması üçün heç bir namizəd müraciət etməyib". Bu barədə SİA-nın bölgə müxbirinə "Gəncənin Səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova məlumat verib. Baş redaktorun sözlərinə görə, bölgələrdən millət vəkilləri olmaq istəyən namizədlər seçkiqabağı kampaniyalarında yerli qəzetlərin köməyindən faydalanmaq istəmir.
"Təbliğat kampaniyası üçün bütün şəraitimiz var. Texniki imkanlarımız yüksəkdir. Üstəlik, növbəti sayımızı seçkilərə həsr etmişik. Ancaq müraciət edən yoxdur", R.Sadıqova deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB