“Qəti sürətdə siyasətlə məşğul olmaq və deputatlığa namizədliyimi vermək fikrim yoxdur” - MÖVQE

“Qəti sürətdə siyasətlə məşğul olmaq və deputatlığa namizədliyimi vermək fikrim yoxdur” - MÖVQE
Deputatlığa namizədliyimi vermək fikrim yoxdur. SİA-nın xəbərinə görə, bu barədə Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı parlament seçkilərində iştirak etmək məqsədilə universitetin rektorluğundan getməsi məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, qəti sürətdə siyasətlə məğul olmaq fikri yoxdur: "Mən hər zaman elmlə, təhsillə bağlı olmuşam, idarəetməni həyata keçirmişəm. Amma heç zaman siyasətlə məşğul olmaq fikrim olmayıb və bu haqda heç düşünmürəm də. Universitetə daima nəzarət edəcəyəm. Amma yeni təyinat digər əlavə işlərlə məşğul olmağıma imkan verəcək. Çoxlu yarımçıq qalan kitabları tamamlamağı və bədii yaradıcılığa vaxt ayırmağı düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə