Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Siyasi Məsələlər üzrə Mütəxəssisi Manfredas Limantasla görüşüb. AVCİYA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki qanunvericiliyi, Venetsiya komissiyasının təklifləri, AVCİYA Seçki Qərargahını Parlament seçkiləri ilə əlaqədar gördüyü işlər, assosiasiyanın regional ofislərinin fəaliyyəti və s. məsələlər geniş müzakirə edilib.
Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin təşkili və s. məslələr barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB