Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 22-də saat 17.10-dan 17.20-dək Ermənistanın Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Qazax rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 19.00-dan 19.20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.50-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.30-dan 23.50-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 23-də saat 04.30-dan 04.40-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.28-dən 04.40-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB