BMT toplantılarına qatılmaq mәqsәdilә Nyu-Yorkda sәfәrdә olan İran prezidenti Mahmud Әhmәdinejad, ABŞ-nı ölkәsinin daxili işlәrinә müdaxilә etmәmәyә çağırıb.
SİA-nın Fars xәbәr agentliyinə istinadən verdiyi mәlumata görə, Nyu-Yorkda Amerika mәtbuat nümayәndәlәri ilә keçirdiyi görüşdә Mahmud Әhmәdinejad deyib ki, Amerikanın atması lazım olan ilk addım yürütdüyü siyasәti dәyişmәkdir: "Amerika hökumәti, Orta Şәrq vә İran üzәrindә hakim olmağa cәhd göstәrir. Belә vәziyyәtdә Tehranla Vaşinqton arasında problemlәr hәll oluna bilmәz. Amerika Orta Şәrq vә İranın daxili işlәrinә müdaxilә etmәmәlidir".
O hәmçinin "Amerika, sanki hәrbin nәyә bәnzәdiyini anlamır. Hәrb başlasa, bunun sәrhәddi olmaz" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB