Xəyalpərəst ermənilər türkmən qazının “izində” - Berdımuhammedovun Bakı səfəri Ermənistanda ciddi suallar yaradıb ANALİTİK

Xəyalpərəst ermənilər türkmən qazının “izində” - Berdımuhammedovun Bakı səfəri Ermənistanda ciddi suallar yaradıb ANALİTİK

Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovun rəsmi Bakı səfəri Ermənistanda ciddi suallar yaratmağa başlayıb. Ekspertlər də vurğulayırlar ki, Türkmənistanın prezidenti ölkə rəhbərimizlə qaz tranziti barədə fikir mübadiləsi aparmaq niyyətindədir. Belə ki, türkmən dövlət başçısının Prezident İlham Əliyevlə ikitərəfli görüşü Ermənistanın son dövrlər İran qazının öz sərhədləri daxilindən Avropaya tranzit olunması planlarına ciddi maneələr yarada bilər.

Erməni analitiklərinin reallaşmayan fərziyyələri

Daha dəqiq desək, ermənilərin “lragir.am” saytının analitik bölməsində siyasi şərhçi Naira Ayrumyanın fikirlərindən də görünür ki, Serj Sarkisyanın İrana səfəri zamanı İran prezident Ruhani ilə apardığı danışıqlarında türkmən qazının İrandan keçərək, Ermənistan üzərindən Avropaya tranzit qismində keçirilməsi ətrafında fikirlər irəli sürülüb. O cümlədən, İran qazının da Avropa nəqli söhbətin mövzularından olub. Lakin bütün bunlar erməni tərəfinin hələ ki, hətta bundan sonra da reallaşdıra bilməyəcəyi fərziyyələridir.

Məsələ həm də ondadır ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi siyasətində Ermənistandan fərqli olaraq kimsədən asılı olmayan müstəqil dövlətdir və həyata keçirdiyi bütün layihələri beynəlxalq aləmdə dəstəklənir. O cümlədən, bu layihələrdə iştirak etməkdən ötrü Avropa ölkələri irəli sürülən şərtlərlə razılaşırlar.

Naira Ayrumyan: “Türkmən qazı Avropaya Azərbaycan üzərindən Xəzər dənizinin dibi ilə də çatdırıla bilər”

Erməni analitiki isə öz yazısında Türkmənistanın bir neçə il qabaq Rusiyanın Qazprom şirkəti ilə əldə edilmiş razılaşmanı pozduğunu xatırladaraq yazır ki, həmin ərəfələrdə Rusiya türkmən qazını ucuz alıb, Avropaya baha qiymətə satırdı. “Rəsmi Aşqabadın Çinlə də müqavilələrinin mövcud olmasına baxmayaraq, bu ölkə Avropaya çıxış yolu axtarmaqdadır”-deyə Naira Ayrumyan yazır.

Ancaq buna rəğmən, analitik yazar erməniləri pəjmürdə edə biləcək digər amilə də toxunur. O, qeyd edir ki, türkmən qazı Avropaya Azərbaycan üzərindən Xəzər dənizinin dibi ilə də çatdırıla bilər. Erməniləri narahat edən məsələlərdən biri də bu layihənin reallaşacağı halda Rusiya və İranın qəti olmayan olmayan mövqe sərgiləmələridir. Yəni ermənilər belə olan halda iki ölkənin hansı qərar verə biləcəyindən tamamilə xəbərsizdirlər. Çünki iqtisadi divident əldə etmək üçün həm Rusiya, həm də İran müəyyən təkliflərlə çıxış edə bilərlər. Ona görə də erməni analitiki özünə təskinlik verərək, tamamilə məntiqsiz sual ünvanlayır: “Rusiya və İran buna razı olmasa, Azərbaycan Türkmənistansız Gürcüstan və Türkiyə üzərindən keçməsi və Avropaya çatdırılması planlaşdırılan TAP kəmərini doldura biləcəkmi?”

Görünür, Naira Ayrumyanın sualları əsnasındakı xam xəyalları təmsil olunduğu vassal Ermənistanın adlı ölkənin asılı siyasətinə uyub və o, Azərbaycanın müstəqil iqtisadi siyasət yürütdüyünü unudub...

Maraqlıdır, ehtimal, ya da zənn nə zamandan reallıq, yaxud da qəti fikirlərə əsaslanıb?

Daha bir məntiqsizlik Türkmənistanın öz qazının Azərbaycan çatdırılması üçün İran üzərindən nəqli ilə bağlı irəli sürülən fikirlə bağlıdır. Erməni analitiki əlində heç bir əsas, heç bir müqavilə və razılaşma sənədi olmadan özü-özündən ermənilərə sərf edən qərar çıxararaq iddia edir ki, guya “İran türkmən qazının Azərbaycana tranzit olunmasını təmin olunmasından imtina edir və türkmən qazının Ermənistan üzərindən Avropaya çatdırılması planını dəstəkləyir və s. Naira Ayrumyana görə, bu barədə iki dövlət başçısının arasında danışıqların aparılması ehtimal olunur (?!-R.N.) Maraqlıdır, ehtimal, ya da zənn nə zamandan reallıq, yaxud da qəti fikirlərə əsaslanıb? Hər halda, erməni analitiki bu məsələdə də özünə və erməni xalqına təskinlik verməklə məşğul olub.

Erməni analitiki unudub ki, əgər Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovun istər siyasi iradəsi, istərsə də iqtisadi maraqları olmasaydı, o rəsmi Bakı səfərini reallaşdırmazdı

Son olaraq isə erməni icitmai rəyinin çaşqınlığına səbəb olan rəsmi statistikanı nümunə kimi göstərə bilərik. Məsələn, rəsmi xəbərə istinad edən Ayrumyan yazır: “Müzakirələr Ermənistan və İran ərazilərində Fars körfəzi və Qara dəniz nəqliyyat -tranzit yollarının mühümlüyü ətrafında aparılıb. Həmçinin, İran-Ermənistan-Türkmənistan üçtərəfli formatının əməkdaşlıq inkişafının vacibliyi barədə vurğulanıb”.

Beləliklə, yalnız ehtimallar üzərində fikir yürüdən erməni analitiki unudub ki, əgər Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovun istər siyasi iradəsi, istərsə də iqtisadi maraqları olmasaydı, o rəsmi Bakı səfərini reallaşdırmazdı. Əgər reallaşdırıbsa, demək o, Azərbaycan Prezidenti İlham Əliyevin digər ölkələrin dövlət başçılarından fərqli olaraq bilavasitə etibarlı tərəfdaş, qətiyyətli siyasətçi və strateji partnyor olması faktını doğru şəkildə qiymətləndirib. Məhz bu dəyərləndirmənin nəticəsidir ki, indi ermənilər özləri-özlərinə cavabsız suallar verirlər və ümidlərini yenə də başqa ölkələrin yardımlarına dikirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə