Payız mövsümünün gəlişi ilə bağlı Qazax rayonunun meşə sahələri genişləndirilir. Qazax rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin rəisi Pərviz Əliyevin SİA-nın qərb bürosuna verdiyi məlumata görə, meşə sahəsi daha 36 ha artırılacaq.
"İşlərə sentyabr ayından start veriləcək. Ərazilər göyüş, ərik, iydə, akasiya və digər ağaclar, həmçinin gül kolları ilə genişləndiriləcək", P.Əliyev deyib.
Qeyd edək ki, hazırda Qazax rayonunda meşələrin ümumi sahəsi 6 min 260 ha-dan çoxdur. Bu ərazilərin isə 2 min 224 hektarı erməni ordusunun nəzarəti altındadır. Hər il düşmən işğal altında saxladığı ərazilərdəki meşələri yandırır, nadir ağacları məhv edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB