Pakistan Parlamentinin Aşağı Palatasında keçirilən səsvermədən sonra ölkənin keçmiş neft və təbii ehtiyatlar naziri Şahid Abbasi müvəqqəti baş nazir seçilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, növbəti parlament seçkilərinə qədər ötən həftə məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılmış Nəvaz Şərifi əvəz edəcək.
Qeyd edək ki, Nəvazi Şərif korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB