Teodor Karasik Bakıya gələcək

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Yaxın Şərq və Hərbi Təhlükəsizlik məsələləri üzrə İnstitutunun (İNEGMA) Tədqiqat və İnkişaf Departamentinin direktoru Teodor Karasik sentyabr ayının 21-dən 24-dək Bakıda səfərdə olacaq.

SAM-dan SİA-ya verilən məlumata görə, sentyabrın 22-i saat 11.00-da Teodor Karasik SAM-da təşkil olunacaq "Fars körfəzinin sahillərinin təhlükəsizliyi və Azərbaycan: Birləşmiş Ərəb Əmirliklərinin baxışlarında" mövzusunda dəyirmi masada əsas məruzəçi qismində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə