Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq MSK-nın 16 sentyabr 2010-cu il tarixli protokolu təsdiqlənib.
Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov YAP-ın MSK-ya 136 nəfər səlahiyyətli nümayəndəsinin və 1 nəfər maliyyə məsələsi üzrə nümayəndəsinin qeydə alınması ilə bağlı müraciət etdiyini bildirib. O, qeyd edib ki, səlahiyyətli nümayəndələrinin qeydə alınması üçün əsaslar var. YAP-ın səlahiyyətli nümayəndələri və maliyyə məsələsi üzrə nümayəndəsi Komissiya üzvləri tərəfindən yekdilliklə təsdiq edilib.
MSK katibi həmçinin, Milli Məclisə seçkilərdə səsvermənin nəticələri haqqında dairə və məntəqə seçki komissiyası protokollarının doldurulması qaydasına dair izahlar barədə məlumat verib.Əsas məqsədin maarifləndirmə olmaqla komissiya üzvlərinin işinin asanlaşdırılması olduğunu deyən N.Məmmədov qeyd edib ki, izahlar indiyə kimi əldə olunan təcrübəni özündə ehtiva edir. O, qeyd edib ki, protokollar ilk növbədə səliqəli tərtib edilməlidir. Dairə və məntəqə seçki komissiyaları protokollarının doldurulması qaydalarına dair izahlar bir nəfər əleyhinə olmaqla MSK üzvləri tərəfindən təsdiq edilib.
Daha sonra seçkilərdə komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı məsələsinə baxılıb. Qaydalar Komisiya üzvləri tərəfindən təsdiq edilib.
İslasın sonunda çıxış edən MSK sədri Məzahir Pənahov indiyə kimi 262 nəfərin 92 seçki dairəsinə qeydə alınmaq üçün sənədlərini təqdim etdiyini söyləyib: "30 seçki dairəsinə isə heç bir müraciət daxil olmayıb. Elə dairələr var ki, 8-9 nəfər qeydə alınmaq üçün müraciət edib. Bu da yüksək rəqabətin olacağından xəbər verir. M.Pənahov seçkilərdə bir sıra beynəlxalq təşkilatların müşahidəçi olaraq iştirak edəcəyini, həmçinin Müstəqil Dövlətlər Birliyinin də seçkiləri müşahidə etmək arzusunda olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB