Levon Ter-Petrosyan: “Ermənistan Qarabağ üzrə məcburən razılaşmalı olacaq bir həllin qarşısında qalmaq təhlükəsi ilə üz-üzədir”

Ermənistan Qarabağ üzrə məcburən razılaşmalı olacaq bir həllin qarşısında qalmaq təhlükəsi ilə üz-üzədir. SİA-nın ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün İrəvanda keçirilmiş mitinqdə Ermənistanın birinci prezidenti Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bəyan edib. Onun sözlərinə görə, bölgədə yeni reallıq formalaşıb –Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas proses Rusiya-Azərbaycan-Türkiyə formatında keçəcək, ATƏT Minsk Qrupu formatı yalnız Qərbi qıcıqlandırmamaq üçün saxlanacaq.

Həmişə Qarabağ münaqişəsinin həllinin Rusiyanın əlində olduğunu hesab edən Levon Ter-Petrosyanın fikrincə, indi isə, Ermənistandakı Rusiya bazasının müddətinin artırılması və Azərbaycana S-300 ZRK-nin satılması ilə Rusiya Qarabağ nizamlanmasındakı mövqeyini daha da möhkəmləndirib.

"Rusiya və Azərbaycan strateji tərəfdaşa çevriliblər və bu tərəfdaşlıq yeni konkret məzmun əldə edib. Ermənistan Rusiyanın bölgədə əsas tərəfdaşı olmaq inhisarını itirib. Belə perspektivi mən hələ 1998-ci ildə görürdüm və deyirdim", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...