Apelyasiya komissiyası Şuraya daxil olan müraciətləri araşdırdı

Apelyasiya komissiyası Şuraya daxil olan müraciətləri araşdırdı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apelyasiya komissiyası 1 sentyabr 2010-cu ildə yekunlaşan növbəti maliyyə yardımı müsabiqəsinin nəticələri ilə bağlı Şuraya daxil olan müraciətlərə baxıb. SİA-ya Şuradan verilən məlumata görə, komissiyanın heyətinə Əliməmməd Nuriyev (Şuranın üzvü), Fərasət Qurbanov (Şura katibliyinin icraçı direktoru), Səbinə Əvəzqızı ("Lent.az" informasiya saytının əməkdaşı) və Qiyas Məmmədov (müstəqil ekspert) daxil olub.

Müsabiqəsinin nəticələri ilə bağlı apelyasiya komissiyasına 3 təşkilatdan ərizə daxil olmuşdu. Bu təşkilatlar aşağıdakılardır:

1.Demokratik Gənclər İctimai Birliyi

2."Bizim şəhər" Sumqayıt Sosial İnkişaf Mərkəzi

3."Səyahət" Turizmin İnkişafına Kömək İctimai Birliyi

Komissiya müraciətləri QHT nümayəndələrinin iştirakı ilə fərdi qaydada müzakirə edib və Şuranın həmin layihələr üzrə qərarını qüvvədə saxlayıb. Müzakirələrdə layihələrin hazırlanmasında yol verilmiş nöqsanlar təhlil edilərək, təşkilat və layihə rəhbərlərinin diqqətinə çatdırılıb. Gələcəkdə layihələrin daha aktual mövzulara həsr edilməsi, eləcə də layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin praktik əhəmiyyətinə xüsusi diqqət verilməsi tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə