Bir qrup qadın Eynulla Fətullayevin əleyhinə aksiya keçirib

Bu gün bir qrup Xocalı sakini Bakı Apellyasiya Məhkəməsinin qarşısında aksiya keçirib. SİA-nın hadisə yerində olan müxbirinin sözlərinə görə, aksiya zaman bir dəstə qadın Eynulla Fətullayevin azadlığa buraxılmasının əleyhinə olaraq "Eynulla Fətullayev erməni agentidir", "Eynulla Fətullayev Azərbaycan vətəndaşlığından məhrum edilsin" şüarları səsləndirilib.

Etirazçılar onu Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb ediblər. Onlar E.Fətullayevin vətən xaini olduğunu qeyd ediblər.

Qeyd edək ki, Hazırda Bakı Apellyasiya Məhkəməsində jurnalistin şikayətinə baxılır. Bu gün Eynulla Fətullayevin məhkəməsi növbəti dəfə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə