"İrəli" İctimai Birliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Ayxan Mustafayev Azərbaycanı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin "Beynəlxalq Liderlik Proqramı"nda (İnternational Visitor Leadership Program) təmsil edəcək. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 18 sentyabr və 9 oktyabr tarixləri arasında keçiriləcək tədbir Vaşinqton şəhərini, Kentukki, Oreqon, Arkanzas və Ogayo ştatlarını əhatə edəcək.
Proqramda iştirak edəcək 17 müxtəlif ölkənin təmsilçiləri arasında dövlət məmurları, qeyri-hökumət təşkilatlarının liderləri, siyasi partiya fəalları, millət vəkilləri və elmi-araşdırma mərkəzlərinin rəhbərləri var. Proqram əsnasında iştirakçılar ABŞ-ın sosial, iqtisadi və siyasi mühiti ilə yaxından tanış olacaq, dövlət strukturlarının necə işlədiyini öyrənəcək, müxtəlif ştatlarda bu il nümayəndələr palatasına və senata keçiriləcək seçkiləri əyani şəkildə müşahidə edəcək və Amerika mədəniyyəti ilə tanış olacaqlar.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin "Beynəlxalq Liderlik Proqramı" nın məzunları arasında müxtəlif ölkələrin 290 hazırkı və keçmiş prezidentinin və baş nazirinin adı var. Bu siyahıya Nikola Sarkozi, Mixail Saakaşvili, Toni Bleyer, Leonid Kuçma, Gerhard Şröder və Abdullah Gül kimi liderlər də daxildir.
Qeyd edək ki, tədbirdə Post-sovet məkanını cəmi 2 nümayəndə təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB