Bütün bəşəriyyət növbəti dəfə erməni vəşiliyinin şahidi oldu. Beynalxalq qurumlar, insan hüquqlarını müdafiə edən təşkilatlar bir daha insanlığa sığmayan vəhşiliyi gördü. Azərbaycan höküməti yenə bütün düynaya çatdırdı ki, qarşımızdakı düşmən insanlıqdan kənar məxluqlardır. Ermənilər elə bəşəriyyətin özü üçün təhlükədir. Harda erməni varsa orda fitnə, yalan və ölüm var. Haqq səsimizi çatdırmaq üçün əlimizdən nə gəlirsə edilir və bundan sonra da ediləcək. Bəs nəticə dəyişirmi?
Çox istərdim deyim ki, bəli, bu dəfə susan vicdanlar dilə gələcək. İnsan haqlarını “qoruyan”, bu istiqamətdə hər kəsə “dərs keçən” təşkilatlar tərəfindən nəhayət ki, erməni vandalizminə hüquqi qiymət veriləcək. Lakin əminlikə deyə bilərəm ki, dəyişən heç nə olmayacaq. İki yaşlı Zəhranın qətlə yetirilməsi Sarkisyan və onun komandasının xalqımıza qarşı ilk cinayət əməli deyil. Minlərlə soydaşımız erməni terrorunun, onlara havadarlıq edən bəzi ölkələrin, Azərbaycan həqiqətlərini görməzdən gələn avropalı parlamentarilərin qurbanına çevrilib. Bəlkə də azərbaycanlılar kimi dünyada səbirli ikinci millət ola bilməz. Bəsdir bu qədər səbr göstərmək! Bu qədər günahsız həmvətənlərimizin ölümünə ağlayıb qara bağlamaq. Bu gün insan hüqüqları siyasi bir alətə çevirilibsə atacağımız addımlarla beynalxalq hüququn “dilini” açmalıyıq. Ermənilərə yerlərini göstərməsək bu faciələri təkrar-təkrar yaşamağa məhkum olacağıq.
Azərbaycan hər zaman sülhpərvər ölkə olub. Əvəzində başqa oyunlar görmüşük. Münaqişənin sülh yolu ilə həllini üzərinə götürən Minsk Qurupu kimi erməniləşən təşkilatdan ədalətli nəticə gözləmək özünü aldatmaq deməkdir. Onların boş, sadəcə söz yığınından ibarət olan, hər birimizdə ikrah doğuran açıqlamaları ilə bu vəşiliyin qarşısı alınası deyil. Biz susduqca başımıza daha ağır faciələr gələcək. Bu gün haqq səsimiz eşidilmirsə, torqlarımız işğal altında saxlanılırsa, körpələrimiz öldürülürsə və bütün bunlara göz yumulursa söz artıq Azərbaycan Ordusunun olmalıdır. Bu qan yerdə qalmamalıdır. Aprel döyüşlərində biz silahlı qüvvələrimizin gücünü gördük. Qafqazın ən güclü ordusunun vətəndaşları bu şəkildə öldürülə bilməz. Sarkisyan kimi canini Avropa məhkəməsi mühakimə edə bilmirsə, deməli, Azərbaycanın məhkəməsi qurulmalıdır. Bizim erməni terrorçularını diz çökdürməyə hərbi gücümüz, havadarlarını susduracaq dostlarımız, ən əsası torpaqlarımızın işğaldan azad oluması üçün Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız var. Yetərincə dözdük. Cənablar, qaradan artıq boyaq olmaz.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə