AMEA İqtisadiyyat İnstitutunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
27-30 oktyabr 2010-cu il tarixlərdə AMEA İqtisadiyyat İnstitutunda "İqtisadiyyatın innovasiyalı inkişafının sosial-iqtisadi problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
SİA-nın məlumatına görə, 10 noyabr "Dünya elm günü"nə həsr olunan konfrans 7 bölmədə iclaslarla öz işini davam etdirəcəkdir.
Konfransda iqtisadiyyatın innovasiyalı inkişafının hüquqi tənzimlənməsi, müasir bazar iqtisadiyyatının innovasiya potensialı, innovasiyalı inkişafın nəzəri məsələləri, investisiya və iqtisadi artım, elm və innovasiya, müasir tendensiya və inkişaf perspektivləri, elmtututmlu sənaye sahələrinin inkişafı, innovasiyalı inkişafın sosial faktoru, sosial innovasiyalar, insan potensialı və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Qeyd edək ki, tədbirdə Türkiyə, Ukrayna, Rusiya, Macarıstan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrin nümayəndələrinin iştirakı da gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB