Yardımlıda 360 yerlik yeni məktəb binasının açılışı olub

Sentyabrın 15-də Yardımlı rayonunda şəhid Alim Nəcəfov adına Ərus kənd orta məktəbinin yeni binasının açılışı olub. SİA-nın cənub bürosunun məlumatına görə, məktəbin açılışında rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayon hüquq-mühafizə orqanlarının, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Ərus kənd orta məktəbi 360 yerlikdir, 28 otaqdan ibarətdir. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə tikilib. Məktəbdə 18 sinif otağı, fənn kabinələri, kitabxana, kompyuter otağı, idman zalı inşa olunub, müasir istilik sistemi quraşdırılıb.

Qeyd edək ki, son beş ildə rayonda 48 yeni məktəb binası tikilərək istifadəyə verilib və hazırda daha 4 məktəbdə- Ləzir, Horavar, Osnağaran və Honuba kənd məktəblərində də son tamamlama işləri gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...