Vaqif Axundov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Vaqif Axundov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

General-polkovnik Vaqif Əlibala oğlu Axundov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, Prezidentin sərəncamına əsasən, Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Vaqif Axundov bu orden ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə