Gədəbəydə kartof əkənlər məhsuldarlığın aşağı olmasından narahatdır
Gədəbəyin əkin sahələrindən bu il bol kartof götürməyə ümid azalıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, məhsul yığımı aparılan bu aylarda rayon əhalisi əkdikləri sahələrdən gözlədikləri nəticəni əldə edə bilməyəcəklərindən ehtiyat edirlər. Vətəndaşların sözlərinə görə, havaların yağmurlu və quraqlıq keçməsi ciddi məhsul itkisinə yol açıb.
Hazırda 20 sotdan təxminən 2-3 ton kartof yığılması gözlənilir ki, bu da ötən illərlə müqayisədə 10 ton aşağı göstəricidir. Üstəlik ikinci çörək hesab olunan kartofun ucuz qiymətə alınmasıda problemi dərinləşdirən əsas amillərdəndir.
Söhbət ondan gedir ki, əkin sahələrində məhsul 30 və ya 40 qəpiyə satılır. Sakinlər qeyd edirlər ki, vəziyyət bu cür davam etsə ancaq istifadə etdikləri torpağın icarə haqqını ödəyə biləcəklər. Bundan əlavə diqqət çəkən faktlardan biri də son iki ildə Gədəbəyin kartof sahələrini xəstəliklərin bürüməsidir.
Məsələyə münasibət bildirən Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının müavini Qüdrət Paşayevin isə verdiyi məlumata əsasən məhsuldarlığın aşağı olacağı hələ dəqiqləşməyib: "Yığım tam bitdikdən sonra nəticəni görmək mümkün olacaq. Hələlik deyilənlər sadəcə söz-söhbətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB