İspaniya Hökumətinin hərbi xərcləri hər il azaldaraq son 5 ildə 20 faiz ixtisar etməsi NATO-nu narahat edir. Hazırda İspaniya Krallığı orduya ən az maliyyə vəsaiti ayıran NATO üzvlərindəndir.
Hökumət 2012-ci ildə hərbi məqsədlərə 8,7 milyard, 2016-cı ildə isə cəmi 7 milyard avro ayırıb. Bu rəqəm ölkənin ÜDM-in 0,63 faizi qədərdir. NATO-nun tələbinə görə isə üzv ölkələr malik olduqları ÜDM-in 2 faizi qədər pulu hərbi xərclərə yönləndirməlidirlər. NATO İspaniyadan 2025-ci ilə qədər hərbi xərcləri iki dəfə artırmasını istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB