Azərbaycan prezidenti İlham Əliyev Latviyanın sabiq prezidenti ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Latviyanın sabiq prezidenti, xanım Vayra Vike-Freyberqanı qəbul edib. SİA-nın məlumatına görə, xanım Vayra Vike-Freyberqa Azərbaycana səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü deyib.

 

Öz növbəsində, dövlət başçısı Bakı şəhərində, eləcə də Azərbaycanın bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini, müxtəlif sahələrə, o cümlədən turizmin inkişafına böyük həcmdə sərmayələrin qoyulduğunu bildirib.

 

Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan prezident ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı məsələlərinə böyük önəm verdiyini vurğulayıb. Xanım Vayra Vike-Freyberqa Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...