Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə məsələləri üzrə vətəndaş cəmiyyətinin mövqeyi müzakirə olunacaq
ABŞ İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində Counterpart İnternational təşkilatının maliyyə yardımı ilə "Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi" adlı konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfrans Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi və Avropa Şərq Tərəfdaşlığı Proqramı üzrə Azərbaycan Milli Platformasının tərəfdaşlığı ilə baş tutacaq.
Konfransda bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyinə nail olunması üçün zəruri iqtisadi və hüquqi alətlər, alternativ və bərpa olunan enerjidən istifadə, həmçinin enerji səmərəliliyinin həyata keçirilməsində orta və xırda sahibkarlığın iştirakı, alternativ və bərpa olunan enerjidən istifadə, enerji səmərəliliyinə nail olunmasında VCT-nin rolu mövzularında məruzələr dinləniləcək. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələlərində vətəndaş cəmiyyətinin iştirakı formaları müzakirə ediləcək, vətəndaş cəmiyyətinin mövqe sənədi təqdim ediləcək.
Konfransda Avropa İttifaqının, ATƏT-in, xarici ölkələrin diplomatik nümayəndələrinin, Beynəlxalq təşkilatların, Beynəlxalq maliyyə qurumlarının, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, ARDNŞ və BP nümayəndələrinin, QHT-in iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB