Veronika Kotek: “Avropa Şurasının seçicilərlə bağlı missiyası oktyabrın ortalarında Azərbaycana gələcək”

Veronika Kotek: “Avropa Şurasının seçicilərlə bağlı missiyası oktyabrın ortalarında Azərbaycana gələcək”

"Avropa Şurası Azərbaycanda parlament seçkilərinə hazırlıq prosesi çərçivəsində məhkəmələrin nümayəndələri üçün seminar və treninqlər keçirməyi planlaşdırır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek məlumat verib. Onun sözlərinə görə, tədbirlər şikayətlərin təqdim olunması və nəzərdən keçirilməsini əhatə edəcək. Bununla yanaşı, media qurumlarının nümayəndələrinin iştirakı ilə seçkilərin işıqlandırılmasına dair treninqlərin keçirilməsi də nəzərdə tutulur.

 

Avropa Şurasının seçicilərlə bağlı missiyasının oktyabrın ortalarında Azərbaycana gələcəyini bildirən V.Kotek qeyd edib ki, missiya 3 gün ərzində Bakıda siyasi partiyalarla və digər qurumlarla seçkiöncəsi vəziyyəti müzakirə edəcək: "Avropa Şurası parlament seçkilərini Azərbaycanın gələcəyi baxımından əhəmiyyətli hesab edir. Hər kəsin öz seçki hüququndan istifadə edərək bu seçkilərdə qərarını ifadə edəcəyinə ümidvaram. Avropa Şurasının səsverməni müşahidə edəcək missiyası isə səsvermədən bir neçə gün öncə Bakıya gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə