Milli Məclisin deputatı Polşada keçirilən İqtisadi Forumda iştirak edəcək

Sentyabrın 8-dən 11-dək Polşanın Krinitsa şəhərində XX İqtisadi Forum keçiriləcəkdir. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatı Asim Mollazadə iştirak edəcəkdir.

60-dan çox ölkənin nümayəndələrinin toplaşacağı bu forumda biznes və investisiya, Avropada iqtisadi siyasət, enerji, geosiyasi, beynəlxalq təhlükəsizlik və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Milli Məclisin deputatı müzakirə olunacaq mövzular barədə çıxış edəcək, öz fikirlərini bölüşəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə