Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə edib

Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə edib

Sentyabrın 1-də - yeni dərs ilinin ilk günündə Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə edib.

SİA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə və şəxsən onun nəzarəti altında "Təhsilə dəstək" layihəsi çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmir edilib. Bu aksiya fəaliyyət istiqamətlərindən biri Azərbaycanın digər dövlətlərlə humanitar əlaqələrinin möhkəmlənməsinə, respublikamızın və xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlığın genişlənməsinə, ölkəmizdə və onun hüdudlarından kənarda məktəblərin tikintisinə və yenidən qurulmasına kömək etmək məsələlərindən ibarət olan Fondun fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşır.

Məktəbin rəsmi açılış mərasimində Ulyanovsk vilayətinin rəhbərləri, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, eləcə də Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional bölməsinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə