Politoloq: “Azərbaycan İslam sivilizasiyasının mərkəzlərindən biri olub” MÜNASİBƏT
"İdmanın 21 növü üzrə 57 dövlətin 6 000 -ə yaxın idmançısının mübarizə apardığı IV İslam həmrəylik Oyunları bundan əvvəlki oyunlardan öz miqyasına görə daha geniş idi. Misal, üçün İndoneziyada və Səudiyyə Ərəbistanında idmanın 18 növü üzrə müvafiq olaraq 41 və 53 dövlətin iştirakı ilə yarışlar keçirilmişdi". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, tarixən islam dövlətləri arasında siyasi ziddiyyətlər bu böyük coğrafiyanın həmrəy olmasına imkan vermir: "Yarışların mütamadi olaraq təşkili isə, onlar arasında inteqrasiyanın dərinləşməsinə səbəb olan amildir. Oyunların Azərbaycanda keçirilməsinin ölkəmiz üçün bir çox əhəmiyyəti vardır.
Birincisi, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq dördüncü İslam Oyunlarını keçirməklə İslam dünyasında vacib ölkələrdən biri olduğunu göstərir. Ölkə islam xalqları arasında təbliğ olunur. (tarixi, mədəniyyəti, turistik potensialı).
Bu gün mədəniyyət, idman kimi yüksək, lakin daha kəsərli güc-nüfuz vasitələri ön plana çıxmaqdadır. Biz İslam dünyasının siyasi, iqtisadi-ticarət, elmi, mədəni, hərbi sistemində mühüm rol oynamış, öz sözünü deyib iz buraxmış bir xalqıq. Uzun əsrlər boyu Azərbaycan İslam sivilizasiyasının mərkəzlərindən biri olub.
İkincisi, Azərbaycan erməni terrorizmindən əziyyət çəkən dövlət kimi İslam dövlətlərinə vacib bir mesaj verir. Bildiyiniz kimi, bəzi islam ölkələri islam həmrəyliyinə zidd olaraq Ermənistan ilə müxtəlif səviyyələrdə əlaqələr qurublar. Beləcə, Azərbaycan bu dövlətlərə tərs sillə vurmuş olur.
Üçüncüsü, Azərbaycan ard – arda bu cür beynəlxalq idman tədbirlərini keçirərək, adına xal qazanır. Bu isə, sonrakı illərdə Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB