“Təlimlərin siyasi və beynəlxalq cəhətdən əhəmiyyəti var” MÜNASİBƏT
"Azərbaycanla eyni səviyyəli tərəfdaşlar kimi, NATO standartlarına uyğun hərbi təlimlər keçirirsə, bu, hərbi qurumlarımızın yüksək səviyyəli hazırlığından xəbər verir. Eyni zamanda, bu təlimlərin keçirilməsinin mühüm əhəmiyyəti döyüş taktikasının daha da mükəmməlləşməsi və mübadiləsi deməkdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Siyasi şərhçinin sözlərinə görə, istər Türkiyə Hərbi Hava Qüvvələri, istərsə də quru qoşunlar
ilə birgə təlimlərin bir müsbət cəhəti də Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun olaraq döyüş taktikasına yiyələnməsindən və yeni texnikanı mənimsəməsindən ibarətdir. Bu gün regionda baş verən münaqişələr və siyasi proseslər bu təlimlərin keçirilməsini daha da zəruri edir. Bu istiqamətdə Azərbaycanın həm NATO, həm də digər tərəfdaşlarla yürütdüyü siyasət təqdirəlayiqdir. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da bu təlimlərin həm siyasi, həm də beynəlxalq cəhətdən mühüm əhəmiyyəti var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB