Ziyafət Əsgərov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır"

Ziyafət Əsgərov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır"

Təqribən 25 il əvvəl belə fikir irəli sürülmüşdü ki, Soyuq Müharibə başa çatdıqdan sonra dünya ölkələrinin birinci, ikinci, üçüncü ölkələrə bölünməsinin mənası bitib. Svilizasiyaların toqquşması, İslam aləmi, Qərb dünyasının toqquşması qaçılmaz olacaq". SİA-nın məlumatına görə, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda paneldə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.

Onun sözlərinə görə, mövcud problemlər bəşəriyyətin birləşməsinin alternativi olmadığını ortaya qoyur: "Etnik seperatizm, terrorizm, epidemiyalar, narkotik vasitələrin qanunsuz dövriyyəsi və dijər problemlərin həlli birgə fəaliyyət tələb edir. Qloballaşma bir tərəfdən insanlar, xalqlar arasında əlaqələrin qurulmasına, digər tərəfdən, fərqliliklərin, gərginliklərin ortaya çıxmasına səbəb olur. Mədəni körpülərin qurulması vasitəsi ilə svilizasiyaların bir-birinə yaxınlaşmasına çalışmaq lazımdır. Parlamentlərin bu sahədə mühüm yeri var".

Vitse-spiker bildirib ki, Milli Məclis 180-ə qədər ölkənin parlamenti ilə əlaqə yaradıb: "Mədəniyyətlər xalqların ruhunun ifadəsidir. Svilizasiyaların və mədəniyyətlərin dialoqu bəşəriyyətin məqsədi olmalıdır. Azərbaycan milli, dini mənsubiyyətindən asılı olmyaaraq, hər kəsin hüquqlarını müdafiə edən dövlət modelini ortaya qoyur. Mədəniyyətlər, dinlərarası dialoq, multikulturalizm Azərbaycanda dövlət səviyyəsinə qalxıb. Bununla yanqqaşı, təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonu 25 ildir ki. işğal altında saxlayan Ermənistan Azərbaycanla qarşıdurmanı, Dağlıq Qarabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır. Məqsəd həm də ölkəmizdə dinlər və millətlər arasında münasibətlərə zərbə vurmaqdır.ö Bu səyldər boşa çıxıb. Azərbaycanda Avropa Oyüuknları, İslam Həmrəyliyi Oyunlarının keçiriliməsi dünyaya bir töhfədir ".

Bütün xəbərlər Facebook səhifəmizdə