Millət vəkili: “Forum dünyanı xilas etmək yolunda mühüm təşəbbüsdür” AÇIQLAMA
"Müasir dövr ziddiyyətlər dövrüdür. Keçən əsrlərdə baş verən, unudulduğu düşünülən ziddiyyətlər yeni ortaya çıxmış və bütövlükdə planeti təhlükəyə doğru sürükləməkdədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, bəşər tarixində heç bir zaman indi olduğu qədər mədəniyyətlərarası dialoqa ehtiyac olmayıb: "Baş verən ziddiyyətlərin aradan qaldırılmasının ən doğru yolu məhz dialoq, qarşılıqlı hörmət və anlaşmadır. Azərbaycanın müasir dünyada rolu da məhz bu dəyərlər üzərində qurulub. Ölkəmizin başçısının apardığı yeni dəyərlər yaradan siyasəti və bunun nəticəsi olaraq Azərbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanı xilas etmək yolunda mühüm təşəbbüsdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB