FTB əməkdaşı “İslam Dövləti” terrorçusuna ərə getdi ŞOK TƏFƏRRÜATLAR

FTB əməkdaşı “İslam Dövləti” terrorçusuna ərə getdi ŞOK TƏFƏRRÜATLAR

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) yüksək ranqlı tərcüməçisi Daniela Grin Suriyaya köçərək, "İslam Dövləti" terror qruplaşmasının üzvünə ərə gedib. SİA xəbər verir ki, bu barədə ötən gün CNN telekanalı məlumat yayıb.

Belə ki, Grin daha bir müddət öncə, sonradan ərə gedəcəyi terrorçunun işi üzrə iş aparırmış. Onun Suriyaya köçməsi 2014-cü ildə baş tutub. Sabiq FTB əməkdaşı öz yerdəyişmələri barədə rəhbərliyə yalan məlumatlar varərək, hətta ərə gedəcəyi terrorçunu ona qarşı başladılmış istintaq işi üzrə xəbərdar da edib.

Nəticədə baş verənlərdən sonra FTB təhlükəsizliyə dəyən ziyanın az olması istiqamətində yeni hərəkət planı hazırlamalı olub.

Məlumatda qeyd edilir ki, 38 yaşlı FTB əməkdaşlı Daniela Grinin ərə getdiyi terrorçu Əbu Təlhə əl-Almanidir. Onun işi "İslam Dövləti" terror təşkilatına verbovka yolu ilə dama cəlb etməkdən ibarət olub. Suriyaya köçənə qədər Əbu Təlhə əl-Almani Almaniyada yaşayıb və Deso Dogg təxəllüsü ilə rep oxuyub.

İstintaq araşdırmaları nəticəsində amerikalı kəşfiyyatçılar Daniel Grinin şəxsi yazışmalarını əldə ediblər. O, həmin yazışmalarında etiraf edir ki, "İslam Dövləti" elə bir "xilafətdir" ki, onun qarşısını heç kim ala bilməyəcək. Grin hətta nə zamansa öz vətəninə geri dönəcəyini də istisna etməyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə