Hərbi icmalçı: “Onların türk düşmənçiliyi göz qabağındadır” AÇIQLAMA

Hərbi icmalçı: “Onların türk düşmənçiliyi göz qabağındadır” AÇIQLAMA

"Beynəlxalq təşkilatlar və dünyanın iri dövlətləri Ermənistandan, qondarma erməni soyqırımı iddialarından öz məqsədləri üçün istifadə edirlər. Bu həmin Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilir". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, baxmayaraq ki, bu ölkələr Osmanlı ərazisində belə bir soyqırım faktının olmadığını bilirlər: "Lakin qeyd etdiyim kimi məqsəd təzyiq rıçaqlarını saxlamaqdır. O ki, qaldı ATƏT-in Minsk qrupunun ümumən erməni yalanlarına göz yummasına, bunun da bir səbəbi var. Bu da Ermənistanın mövcudluğunu təmin etmək, türk-müsəlman ölkəsi olan Azərbaycana qarşı təzyiq imkanlarını qüvvədə saxlamaqdır. Ümumiyyətlə ATƏT-in Minsk qrupunun fəaliyyətini təhlil etdikdə görərik ki, bu qurum Ermənistanın işğal faktını təsdiq edərək, ədalətli qərarın qəbuluna çalışmaq əvəzinə, mövcud vəziyyəti ört-bastır etməyə çalışır. Bu baxımdan Minsk qrupunun fəaliyyəti heç bir halda qənaətbəxş hesab oluna bilməz. Azərbaycan münaqişənin ədalətli həllində öhdəlik götürmüş bu qurumdan imtina etməlidir. Onların türk düşmənçiliyi göz qabağındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə