Politoloq: “Faktlara nəzər salanda, erməni yalanları açıq şəkildə görsənir” AÇIQLAMA

Politoloq: “Faktlara nəzər salanda, erməni yalanları açıq şəkildə görsənir” AÇIQLAMA

"Faktlara nəzər salanda, erməni yalanları açıq şəkildə görsənir. Onlar yalandan dünyaya yayırlar ki, guya türklər Şərqi Anadoluda 1,5 milyon ermənini qırıblar. Ancaq o dövrün statistik rəqəmləri, əhali siyahıyalamaları göstərir ki, həmin vaxtda Şərqi Anadoluda 7 - 9 yüz min arasında erməni yaşayışıb. Yəni, 7-9 yüz min ermənidən 1,5 milyonun qırıldığını demək bütün saxtakarlığı açıq şəkildə ortaya qoyur". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, həmin dövrdə Şərqi Anadoluda olan ermənilərin böyük hissəsi qatarlarla daşınaraq Osmanlı imperiyasının cənubuna, indiki Adana, Mardin bölgəsinə, eləcə də Livan və digər ərazilərə köçürülüblər: "Onlardan 150-160 min nəfəri isə yolda xəstəlikdən ölüblər. Bütün bu faktlardan sonra qondarma soyqırımı yalanlarını dünya ictimaiyyətinə təqdim etmək ermənilər üçün xarakterik olan saxtakarlıq formasıdır".

Politoloq bildirib ki, ermənilər yalanlarının təbliğinə böyük vəsait ayırırlar: "Onlar çoxlu kitab və məqalələr çap etdirərək Qərb ictimaiyyətini çaşqınlığa salıblar. Soyqırım məsələsini sübut etmək üçün ilk növbədə məhkəmə qərarı olmalıdır. Məhkəmə qərarı üçün isə soyqırımı ilə bağlı video, audio yazılar, güclü şahid ifadələri gərəkdir. Bu haqda faktlar olmadığına görə, məhkəmə nəyə əsaslanıb qərar versin? Bunların heç biri olmadığı halda ermənilər ağızlarına gələn rəqəmi deyirlər. Qondarma soyqırımı iddiası ermənilərin yazıq obrazlarını yaratmaq üçün istifadə etdikləri təbliğat metodudur. Çox təəssüf edirəm ki, Avropanın bəzi ölkələri xristian təəssübkeşliyinə əsaslanaraq bu qondarma soyqırımı parlament səviyyəsində tanıyırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə