Vasif Əfəndiyev: “Donald Trampın belə bir addım atacağını gözləmirəm” MÜNASİBƏT
"Hər il aprel ayının 24 –də dünya böyük erməni yalanı ilə üzbəüz qalır. Bəzi ölkələr bu saxta "erməni genosidi" həyasızlığına inanmasalar da bu yalandan siyasi vasitə olaraq istifadə etməyə çalışırlar. Uydurulmuş bu yalan artıq milli xarakter halına çevirilib. Erməni kimi doğulan hər bir uşaq körpəlikdən bu ideologiyanın basqısı ilə böyüməyə məcbur edilir. Başı türk millətinə qarşı kin və nifrət ideologiyası ilə doldurulmuş hər bir erməni sonradan bir daşıyıcısı olaraq viruslarını ətrafa yaymaqla məşğul olur". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, əslində 100 il öncə Osmanlı dövləti ərazisində baş verən olaylar ermənilərə qarşı bir akt deyildi: "Rusiya ilə müharibə şəraitində olan Osmanlı dövlətinin içərisində yaşayan erməni vətəndaşları öz ölkələrinə qarşı xəyanət yolu tutdular. Onlar dinc türk əhaliyə qarşı silahlanaraq uşaq böyük bilmədən hər kəsi qətl edirdilər. Ermənilərin bu xəyanətinin qarşılığında Osmanlı dövləti yenə də yaxşılıq etmək qərarını verir və Rusiyaya satılmış xain vətəndaşlarını acıqlı Paşaların və yerli özünümüdafiə birləşmələrinin əlinə verməmək üçün onları sürgün edir. Erməni ideoloqları isə bu faktı saxtalaşdıraraq türk millətinə böhtan atmaq sayəsində yalançı "erməni genosidi" terminini uydurublar.
Əgər onlar belə həqiqətpərəst və insanpərvərdilərsə o zaman 57 islam ölkəsini birləşdirən İslam Konfransı Təşkilatının, Meksika, Pakistan , Kolumbiya, Çexiya, Bosniya-Hersoqovina, Peru, Honduras, Sudan, Rumıniya (Bu hələ tam siyahı deyil) və ABŞ-ın 20 ştatının tanıdıqları Xocalı soyqırımını da tanısınlar.1918-ci ildə "genosid" iddiaçılarının Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda və bütün Azərbaycanda törədilən vəhşiliklər 100 il öncə vətənini satmış xain ermənilərin yüngül cəzalandırılması fonunda heç müqayisə edilməz bir ölçüdədir. Bu il də ənənəvi olaraq Ağ ev rəhbəri aprel ayının 24-də saxta erməni genosidi barədə danışacaq. İndiyə qədər heç bir ABŞ prezidenti bu hadisəni genosid olaraq adlandırmayıb. Bu dəfə də Donald Trampın belə bir addım atacağını gözləmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB