Belçikada Azərbaycan AP əlaqələri müzakirə olunacaq

Belçikada Azərbaycan AP əlaqələri müzakirə olunacaq
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Cavanşir Feyziyev aprelin 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Deyvit Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri avropalı deputatlarla bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırki durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər aprelin 13-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə