Toğrul Allahverdili: “Hansısa qüvvələr Rusiyada aranı qatmaq istəyirlər” MÜNASİBƏT

Toğrul Allahverdili: “Hansısa qüvvələr Rusiyada aranı qatmaq istəyirlər” MÜNASİBƏT

"Biz Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası və Rusiyada yaşayan Azərbaycanlılar olaraq Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən terror aktını pisləyirik". Bunu SİA-ya açıqlamasında Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, Rusiyanın son günlər terrora qarşı tutduğu mübarizə, anti terror əməliyyatlarında iştirak etməsi zənnimcə hansısa qüvvələrin Rusiya hakimiyyətindən acığ çıxmasına hesablanıb: "Düşünürəm ki, Çeçenistanda da bundan öncə belə hallar yaşanmışdı. Təbii ki, bu da onun davamıdır. Hansısa qüvvələr Rusiyada aranı qatmaq istəyirlər. Bu kimi hallar qəti şəkildə pislənilməlidir. Bunlar Rusiya hakimiyyətinə, xalqına qarşı törədilmiş bir terrordur. Azərbaycan gəncliyi və Rusiyada yaşayan Azərbaycan icmasının üzvləri olaraq terrora qarşıyıq. Düşünürəm ki, Rusiyanın xüsusi xidmət orqanları hadisəni tezliklə araşdıracaqlar və günahkarlar cəzalandırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə