ATƏT sədri Qarabağ münaqişəsi tərəflərini danışıqları bərpa etməyə çağırıb

ATƏT sədri Qarabağ münaqişəsi tərəflərini danışıqları bərpa etməyə çağırıb

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts Minsk qrupununn həmsədrlərinin 29 mart tarixli bəyanatına qoşularaq Dağlıq Qarabağ münaqişəsi tərəflərini siyasi nizamlanma prosesini bərpa etməyə çağırıb. SİA ATƏT-in saytına istinadən xəbər verir ki, bu barədə fəaliyyətdə olan sədrin bəyanatında deyilir.

O bildirib ki, bir il əvvəl şahidi olduğumuz döyüşlər və zorakılıq son iki onilliyin ən dəhşətli hadisəsi idi və bu insanların əzab-əziyyətinə, itkilərə səbəb oldu: "Bu, aydın şəkildə göstərdi ki, müharibə necə surətlə sülh səylərini sarsıda bilər. Biz buna görə də bütün tərəfləri atəşkəs rejimini təhlükə altında qoyan hər hansı hərəkətlərdən çəkinməyə çağırırıq. Bütün tərəflər beynəlxalq humanitar öhdəliklərə ciddi şəkildə əməl etməlidirlər, müharibə cinayətlərinə heç vaxt haqq qazandırıla bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə