“AB Böyük Britaniyanın ayrılmasından o qədər də məmnun deyil” AÇIQLAMA

“AB Böyük Britaniyanın ayrılmasından o qədər də məmnun deyil” AÇIQLAMA

"Martın 25-də İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitoli təpəsində Avropa İttifaqının yaradılmasının 60 illik yubileyi ilə keçirilən tədbirdə durum fərqli idi. Böyük Briyaniyanın Baş naziri Tereza Mey ora dəvət edilmişdi amma qatılmadı. Səbəb kimi də Avropa Birliyindən çıxmaq üzrə olduqlarını göstərib. Çünki AB-nin 60 illik yubiley tədbirinin əsas mövzusu Birliyin növbəti mərhələ üçün fəaliyyət planının müzakirəsi olub". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın baş naziri də artıq Birliklə yollarının ayrıldığını əsas gətirərək o toplantıya qatılmağın gərəksiz olduğunu bildirib: "Bununla belə AB rəsmiləri Tereza Meyi öz aralarında görməkdən məmnun olacaqlarını deyiblər və qapının hər zaman onun üzünə açıq olacağını ifadə ediblər. Bu durum ondan xəbər verir ki, AB Böyük Britaniyanın ayrılmasından o qədər də məmnun deyil və bütün mümkün vasitələrlə o ölkəni öz sıralarında tutmağa çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə