"Hollandiyanın ötən həftənin axırında Türkiyənin iki hökumət üzvlərinə qarşı etdikləri nə diplomatik qaydalara, nə də insanlığa sığmayan addımdır". Bunu SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Avropanın ən demokratik ölkələrindən biri sayılan Niderland ötən həftə bir naziri ölkəyə qoymamaq, digər naziri kobud şəkildə ölkədən çıxarması ilə insan hüquqlarına ikili standartla yanaşdığını bir daha ortaya qoydu:
"Bu, Hollandiya daxilində çoxdan yetişən anti-islam, anti-türk əhval-ruhiyyəsindən irəli gəlir. Amma istənilən halda, heç bir halda Hollandiya tarixinə belə qara səhifə yazmalı deyildi. Nə parlament seçkiləri, nə digər məsələ bir ölkənin hökumət üzvlərinə qarşı belə kobudluğa imkan verməməli idi".
Mirzəzadə qeyd edib ki, bu məsələdə Azərbaycan Türkiyənin yanında olmaqla yanaşı, Hollandiya hökumətini qınayır: "Hesab edirik ki, ölkənin demokratik qüvvələri bu məsələdən ciddi nəticə çıxararaq, Türkiyə dövlətindən üzr istəyəcək və bir daha belə bir hadisənin baş verməməsi üçün lazımi tədbirlər görəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB